"Dəyərlərimizi qoruyaq!" layihəsi ilə əlaqədar tədbirlərin keçirilməsi davam edir

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, onlarda yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə müxtəlif formatlı maarifləndirici tədbirlər keçirilir. 30.04.2025-ci il tarixində texnologiya müəllimi Aidə İsmayılova 7"A" sinif şagirdləri ilə "Mətbəx Mədəniyyətimiz" adlı tədbir keçirtdi. Müəlim A.İsmayılova milli mətbəximiz olan düşbərənin hazırlanması üçün lazım olan ərzaqlar və onun necə hazırlanıb bişirilməsi haqqında məlumat verdi. Sonra şagirdlərlə birgə düşbərə hazırlandı. Şagirdlər üçün dərs çox maraqlı keçdi.