"Mətbəx mədəniyyətimiz" adlı tədbirlər davam edir

"Dəyərlərimizi qoruyaq!" layihəsi ilə əlaqədar Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə "Mətbəx mədəniyyətimiz" adlı tədbirlər davam edir. 02.05.2025-ci il tarixində texnologiya müəllimi Xanım Siraczadə 7"C" sinif şagirdləri ilə birgə milli yeməklərdən birini, "Göy qutabı"nı hazırladılar. Müəllim X.Siraczadə göy qutabı üçün lazım olan ərzaqlar haqqında şagirdlərə məlumat verdi və bişirilməsini nümayiş etdirdi. Şagirdlər sevə-sevə göy qutabı bişirdilər. Göy qutabının hazırlanması şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi