"Kiçik Akademiya"nın növbəti yığıncağı keçirilib

Yığıncaqda "Kiçik Akademiya"nın üzvləri iştirak ediblər. İclası giriş sözü ilə "Kiçik Akademiya"nın rəhbəri Gülüsüm Hacıyeva açıb. G.Hacıyeva şagirdləri salamlayıb və qarşıda duran vəzifələrdən danışıb. Sonra söz şagirdlərə verilib. 9"A" sinif şagirdləri Əhmədli Nigar və Rufullayeva Xalidə CPR (Cardiopulmonary Resuscitation) mövzusu ilə çıxış ediblər. 9"C" sinif şagirdi Əliməmmədov İlkinin “Süni intellekt” mövzusunda araşdırmaları iclas iştirakçılarının marağına səbəb olub və alqışlarla qarşılanıb. Molouki Mobin “Starlink” mövzusu üzərində araşdırmalar aparıb və onun müsbət cəhətlərini qeyd etməyə çalışıb. Bu mövzu Akademiya üzvlərinin böyük marağına səbəb olub. Sonda Gülüsüm müəllimə çıxış edərək şagirdlərə öz minnətdarlığını bildirib və 22.11.23-cü il tarixində keçiriləcək "Kiçik Akademiya"nın rayon konfransına Əhmədli Nigar və Rufullayeva Xalidənin işlərinin layiq görüldüyünü qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi