"Uşaq Hüquqları"na həsr edilmiş "Dəyirmi masa" keçirildi

15 noyabr 2023-cü il tarixində məktəbin oxu zalında "Uşaq Hüquqları"na həsr edilmiş "Dəyirmi masa" keçirildi. 8"C" sinif rəhbəri Elnarə Rüstəmovanın təşkilatçılığı ilə şagirdlər mövzu ilə bağlı topladıqları məlumatları və təqdimatları paylaşdılar. Səttarova Nuray uşaq hüquqları ilə bağlı beynəlxalq sənəd olan 1989-cu ildə BMT tərəfindən qəbul edilmiş "Uşaq Hüquqları Konvensiyası" haqqında məlumat verdi. O, bu sənədin dünyanın hər yerində yaşayan uşaqların hüquqlarını qanuni şəkildə təmin etdiyini vurğuladı. Alsoinov Məhəmmədəli "Uşaq Hüquqları" Konvensiyasında qeyd edilən uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları barədə məlumat verdi. Oruclu Mələk öz təqdimatında Azərbaycan Respublikasında vətəndaşlara geniş hüquqların verilməsini, uşaqların hərtərəfli inkişafı üçün hər cür şəraitin olmasını qeyd etdi. Sonra şagirdlər mövzu ətrafında fikir mübadiləsi apardılar, təhsil almaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri haqqında rəylərini bildirdilər. Sonda mövzu ilə bağlı videoçarx nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi