Konstitusiya və Suverenlik ili

Sentyabrın 15-i məktəbdə II-XI siniflərdə ilk dərslər Konstitusiya və Suverenlik ilinə həsr olunub. Dərslər məktəbin direktoru Tünzalə Zeynalova və direktor müavinləri tərəfindən dinlənilib.
Müəllimlərimiz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs edib, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıblar.
Sonda mövzu üzrə şagirdləri maraqlandıran suallar cavablandırılıb.