1 №-li Pedaqoji şura iclası

Sentyabrın 13-ü 2025-2026-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirilib.
İclasda məktəbin direktoru Tünzalə Zeynalova pedaqoji heyəti salamlayıb, sentyabr konfransında səslənən fikirləri iclas iştirakçılarının diqqətinə çatdırıb. 2025–2026-cı tədris ilinin prioritet istiqamətləri, əsas hədəfləri (təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması rəqəmsal texnologiyaların tətbiqi), IV,VI monitorinqin ,IX siniflərdə buraxılış imtahanlarının nəticələri təhlil edilib, dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı haqqında məlumat verib. II-XI siniflərdə ilk dərslərin "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr ediləcəyini bildirib.
Təlim tərbiyə işləri üzrə direktor müaviniləri 2024-2025– ci tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri, sinif rəhbərlərinin təyini və vəzifə funksiyaları, X siniflərinin komplektləşdirilməsi və təmayül siniflərdə əlavə BSQ fənnlərinin müəyyənləşdirilməsi , fənnlər üzrə MB rəhbərlərinin təsdiqi haqqında ətraflı məlumat verib.
Məktəbin psixoloqları peşəyönümlü işin təşkili, şagirdlərin inkişafında müəllimlərin psixoloji və emosional rolu haqqında məruzə edib.
Daha sonra Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olunub.
Sonda məruzələr əsasında çıxışlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.