Bilik Günü

Sentyabrın 15-i “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra isə Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükut ilə yad edilib.
Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova ötən tədris ilinin nailiyyətlərindən, təhsilə göstərilən dövlət qayğısından, ölkəmizdə, xüsusi ilə Qarabağda aparılan abadlıq, quruculuq işlərindən, 2025-2026-cı tədris ilinin prioritet istiqamətlərindən, cari tədris ilinin ilk dərslərinin II-XI siniflərdə "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr edilməsindən və s. danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik edib.
Sonda şagirdlərin çıxışları dinlənilib.
Tədris ilinin başlanması münasibəti ilə hər kəsi təbrik edirik!