V sinif valideynləri ilə görüş

Sentyabrın 10-u 2025-2026-cı tədris ilində V sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

İlk olaraq məktəbin direktoru Tünzalə Zeynalova V siniflərin sinif rəhbərləri ilə valideynləri tanış edib, daha sonra 2025-2026-cı tədris ilində məktəbin qarşısında duran fəaliyyət istiqamətləri, şagird təhlükəsizliyi və valideyn-məktəb əməkdaşlığı haqqında danışan məktəbin direktoru çıxış edərək şagirdlərin hərtərəfli inkişafı, təlim-tərbiyə prosesinin keyfiyyətlə təşkili və məktəb-müəllim-valideyn əməkdaşlığının əsas fəaliyyət istiqamətlərimizdən biri olduğunu bildirib. Məktəb kollektivinin məqsədi şagirdlərə sağlam mühitdə keyfiyyətli təhsil vermək, onların milli-mənəvi dəyərlərə sadiq, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə nail olmaqdır. Valideynlərin isə məktəblə sıx əməkdaşlıq etməsi, övladlarının təhsilinə göstərdikləri dəstək onların uğurlarında mühüm rol oynayacaq.

Məktəbin psixoloqu Bənövşə Cabbarova ibtidai təhsil pilləsini bitirib ümumi orta təhsil pilləsinə keçən şagirdlərin adaptasiyası prosesindən, UBTR Sevinc Əmiraslanova isə “Şagird davranış qaydaları”, məktəbli formalarının tətbiq olunması haqqında məlumat verib.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi