Yeni təyinat alan müəllimlərlə görüş

Sentyabrın 8-i Müəllimlərin İşə Qəbulu müsabiqəsində uğur qazanaraq məktəbə təyinat almış müəllimlərlə məktəb rəhbərliyinin görüşü təşkil olunub.
Görüşdə məktəbin direktoru Tünzalə Zeynalova müsabiqədə qazandıqları uğur münasibəti ilə müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, işini layiqli yerinə yetirmək, etik davranış qaydalarına əməl etmək, neqativ hallara yol verməmək hər bir müəllimin ən ümdə vəzifəsidir.
Sonra şagird-müəllim münasibətlərinin düzgün qurulmasından, təhsilalanların biliyinin qiymətləndirilməsindən, elektron jurnalın işlənməsindən və şagird davranış qaydalarından danışan məktəb direktoru qeyd edib ki, düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.
Sonda müəllimlərin sualları cavablandırılıb, onlara müvafiq tövsiyyələr verilib.