"Gözlərə nur saçan əllər"

Bu gün Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 102 ili tamam olur.

Məktəbin UBTR-i Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Akademik, görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın 102 illiyinə həsr olunmuş "Gözlərə nur saçan əllər" adlı tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nazilə Rəhimova, AMEA-nın Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nərgiz Bayramova, müəllim və şagirdlər iştirak edib. Qonaqlar ilk öncə Mərkəzin muzey bölməsində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlayıb. Görkəmli alim Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Mərkəzin elmi işçisi Azər Zeynalzadə zəngin və mənalı ömür yolu keçən Zərifə xanımın çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə verdiyi töhfələrdən söz açıb. Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nazilə Rəhimova, həkim kimi peşə fəaliyyətində, alim kimi elmi axtarışlarında böyük uğurlar qazanan Zərifə xanım Əliyeva barəsində söhbət açarkən onun xalqımızın tarixdən gələn ailə ənənələrinə sadiqliyini də xüsusi qeyd edib.

Sonra Zərifə Əliyevanın fəaliyyətindən bəhs edən “Nurlu əllər", adlı videoçarx nümayiş olunub. Daha sonra məktəbdə təcrübə keçən tələbələr Fatimə Babayeva və Nigar Abdurahmanova məktəbin xor dərnəyinin şagirdləri ilə sözləri Fikrət Qocaya, Musiqisi Zərifə xanımın qızı Sevil Əliyevaya məxsus olan “Əziz anam” mahnısını ifa edib, Zərifə xanım Əliyevaya həsr olunan şeirlər səsləndirib, müxtəlif musiqilər ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi