Dərsdinləmə

Aprelin 18-i məktəbdə təcrübə keçən Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri Zəhra Tağızadənin “Qarabağda Quruculuq”, Səadət Rüstəmovanın “XI əsrdə ictimai və siyasi həyat” mövzusunda dərsi Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Qasımova, tarix Müəllimləri Könül Səmədova və Şəms Əliyeva tərəfindən dinlənilib.
Təcrübəçi müəllimlər ĺKT dən istifadə etməklə dərsin məqsədinə nail olub. Onlar İnteraktiv təlimin “Qruplarla iş” formasınıdan istifadə edib. Dərsin tətqiqat bölməsində şagirdlər aktiv iştirak edərək fikirlərini sərbəst təqdim ediblər. Sonda formativ qiymətləndirilmə aparılıb.
Dərs uğurlu keçib.