"İmtahan öncəsi stres və onun idarə olunması"

Aprelin 15-i Elm və təhsil nazirliyi yanında "Uşaqların Müdafiəsi İdarəsi"nin psixoloqu Arzu Hüseynzadə tərəfindən məktəbin 9-cu sinif şagirdlərinə "İmtahan öncəsi stres və onun idarə olunması" mövzusunda təlim keçirilib.
Təlimdə bildirilib ki, İmtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. İmtahan stressi stressin digər formalarında olan vəziyyətlə eynidir, lakin bu cür stressin yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. İmtahan stressi şəxsdə bir çox sferada öz əlamətlərini göstərə bilər. Xüsusən də, emosional, fizioloji, zehni və davranışla bağlı dəyişikliklərin olmasına səbəb olur.
Psixoloq şagirdlərlə söhbət zamanı stressin aradan qaldırılması üçün psixoloji texnikalar nümayiş edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.