Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

Aprelin 23-ü məktəbin kitabxanaçıları Nigar Süleymanova və Nəzakət Abbasova “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”-nə həsr olunmuş dəyirmi masa təşkil edib.
Çıxış edən Nigar Süleymanova bidirib ki, kitablar bilik xəzinəsi, kitabxanalar isə bu xəzinəni qoruyan müqəddəs məkanlardır. Məktəb kitabxanaları şagirdlərin ilk kitab sevgisinin başladığı, bilik aləminə səyahət etdiyi ən vacib yerlərdən biridir. Burada şagirdlər yalnız dərsliklərlə deyil, eyni zamanda bədii ədəbiyyatla, ensiklopediyalarla tanış olur, dünya görüşlərini genişləndirir.
Sonda şagirdlər kitabxanadakı kitablarla tanış olub, özlərinin oxuduğu əsərlər haqqında danışıblar.