"İmtahan həyəcanı"

Aprelin 17-si məktəbin psixoloqu Raidə İmanova rus bölməsinin 9-cu sinif şagirdlərinə "İmtahan həyəcanı” mövzusunda təlim keçirib.

Psixoloq çıxışında bildirib ki, imtahan verəcək olan şagirdlərdən ən çox eşidilən şikayətlərdən biri də özlərini həyəcanlı hiss etmələri, buna görə də imtahanda özlərini itirməkdən qorxmalarıdır. İmtahanlardan öncə bir az həyəcanlı olmaq tamamilə normaldır, hətta bu sizə imtahanda diqqətinizi cəmləməyinizə də kömək ola bilər. Lakin idarə edilə bilməyəndə və həddən artıq çox olanda həyəcanınız imtahanda uğursuz olmağınıza səbəb ola bilər.

Psixoloq şagirdlərlə söhbət zamanı stressin aradan qaldırılması üçün psixoloji texnikalar nümayiş edib. İmtahan həyəcanına qalib gəlmək üçün onlara müxtəlif tövsiyələr verib.

 Sonda mövzu ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi