ÇIXIŞ YOLU HƏMİŞƏ VAR
Oktyabrın 30-u BŞTİ-nin Psixoloji Xidmətin Təşkili bölməsinin müdiri Səidə Əhmədova valideynlərlə "Çıxış yolu həmişə var " mövzusunda seminar keçirib.
Məqsəd şagirdin inkişafında eləcə də psixologiyasının formalaşmasında ailənin və məktəbin rolu haqqında valideynləri maarifləndirmək, müəllim-şagird-valideyn münasibətlərini düzgün formalaşdırmaq, şagirdlərin tərbiyə və təlim prosesində meydana çıxan çətinliklərini aradan qaldırmaq, psixoloji dəstək göstərmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub.
Seminarda şagird şəxsiyyətinin inkşafından, eyni zamanda böhran yaş dövrlərindən və bu dövrdə şagirdlə necə davranmaq, onun davranışındakı dəyişikliklərə düzgün reaksiya verməyin yolları haaqında danışılıb.
Sonda valideyinləri maraqlandıran suallar cavablandırılıb.