Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya

Dekabrın 25–də məktəbin 8ç sinif şagirdləri Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Şagirdlər öncə Mərkəzin ekspozisiya zalında dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycanın ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olub.

Sonra isə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar mərkəzin bələdçisi Mayrux Cavadovanın “31 dekabr–hər bir azərbaycanlı üçün birlik, həmrəylik günüdür” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə bildirilib ki, ilk dəfə ulu öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə qeyd  olunmuş  bu tarixi gün xarici ölkələrdə məskunlaşıb  yaşayan  milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz  birliyinin  və  vətənə  sədaqətinin  rəmzi  kimi hər il xalqımız tərəfindən  ruh  yüksəkliyi  ilə  bayram  edilir.

Sonda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş film göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi