‹‹Ekologiyamızı qoruyaq–sağlam olaq›› -rəsm müsabiqəsi

Dekabrın 23–də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən ‹‹Ekologiyamızı qoruyaq–sağlam olaq›› adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorununun müdiri İlham Səfərov, Azərbaycan Rəssamlar ittifaqının üzvü, rəssam Mirzəhəbib Quliyev, müsabiqə qalibi olan şagirdlər və onların müəllimləri iştirak edib.
Məktəbin 8a sinif şagirdi Zakir Abdullayevə müsabiqədə III yerə layiq görüldüyünə görə Diplom və hədiyyə təqdim olunub.
Şagirdimizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!