“Heydər Əliyev və Azərbaycan tarixi”
Dekabrın 23-ü məktəbin 11ç sinif şagirdi Hüseyn Əlizadə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2024-cü ilin mart və aprel aylarında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat yazı müsabiqəsində Bakı şəhəri üzrə qalib olub.
Şagirdimizin Bakı məktəblilərinin elmi-praktik konfransında dinlənilmiş “Heydər Əliyevin Azərbaycan SSR-də hakimiyyətə gəlməsi” mövzusunda referatı Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan “Heydər Əliyev və Azərbaycan tarixi” kitabında dərc olunub. Bu kitab Bakı məktəblilərinin tariximizin müxtəlif mərhələləri ilə bağlı esselərinin toplandığı növbəti kitabdır. Şagirdlərin müstəqil araşdırmalarını əks etdirən esselər toplusu hər zaman gənc nəslə xalqımızın tarixi keçmişini öyrənməyi tövsiyyə edən Ümummilli lider Heydər Əliyevə ithaf edilib.
Hüseyni və onun uğurunda əməyi olan elmi rəhbəri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimat Əliyevanı təbrik edir, uğurlarının davanını diləyirik!