“Qədim türk diyarı-Naxçıvan”- intellektual oyun

Dekabrın 24-ü məktəbin UBTR-i Sevinc Əmiraslanovanın təşkilatçılığı ilə VIII siniflər arasında “Qədim türk diyarı-Naxçıvan” adlı intellektual oyun keçirilıib.

Yarış 3 turdan ibarət ibarət olub. Hər turun sonunda verilən cavablar məktəbin coğrafiya müəllimi Vəfa Süleymanova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərqanə Tağıyeva, Təşkilatçı Lalə Məmmədova tərəfindən yoxlanılıb. Yekun nəticəyə əsasən 8a sinfi I, 8b sinfi II, 8e sinfi III yerə layiq görülüb. Qalib siniflərə diplom, digər siniflərə isə iştirakına görə təşəkkürnamə təqdim olunub.

Turlar arası fasilə zamanı VIII sinif şagirdlərinin ifasında səsləndirilən musiqilər dinləyicilərdə xoş əhval yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi