Planetimizi daha yaşıl, daha sağlam edək!
Ekologiya aylığı layihəsi çərçivəsində məktəbin 4a sinfinin sinif rəhbəri Sevda Cəbrayılova “Planetimizi daha yaşıl, daha sağlam edək!” mövzusunda maarifləndirici dərs keçib.
Dərs məktəbin direktoru Tünzalə Zeynalova, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı və digər fənn müəllimləri tərəfindən dinlənilib.
Ətraf mühit problemləri haqqında şagirdlərin maarifləndirməsi və təbiətin qorunması üçün fəaliyyətin gücləndirilməsi məqsədilə keçirilən dərsdə müəllimə ətraf mühitin mühafizəsinin əhəmiyyətindən danışıb və bildirib ki, qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişmələri nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək.
Sonra isə şagirdlər qruplara bölünüb. Hər qrup mövzuya uyğun əl işi, təqdimat hazırlayıb. Qrupların çıxışları dinlənilib və dəyərləndirilib.
Sonda şagirdlər dibçəkdə müxtəlif çiçəklər əkib.