“Heydər Əliyev irsi milli sərvətimizdir”

Oktyabrın 25-də Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məktəbdə Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin təbliğ olunması məqsədilə “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı səyyar sərgi təşkil olunub.

Sərgi zamanı Ümummilli Lider Heydər Əliyevin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini əks etdirən foto-sərgi və ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən kitablar nümayiş olunub. Mərkəzin əməkdaşları tərəfindən məktəblilərə müstəqil Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin ictimai – siyasi və elmi-nəzəri irsinin təbliği məqsədilə təşkil olunan sərgidə nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilib.

Foto və kitab sərgisi məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi