Təmiz hava-təmiz nəfəs

“Məktəbdə ekologiya ayı” layihəsi çərçivəsində məktəbin STEAM müəllimi Sevda Mehdiyeva 6f sinfində “Təmiz hava-təmiz nəfəs” adlı layihə işi təqdim edib.

Çıxış edən müəllimə bildirib ki dərsin keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı şagirdlərin aşkara çıxarılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

Sonra isə şagirdlər müəllimənin hazırladığı “Təmiz hava-təmiz nəfəs” adlı videoçarxa baxıb. Müəllimə şagirdlərə layihə haqqında məlumat verib və lazım olan ləvazimatlarla şagirdləri təmin edib.

Şagirdlər qruplara ayrılaraq layihə hazırlayıb və onu təqdim ediblər. Hazırlanan layihələrdə şagirdlər günəş panelində də istifadə edib.

Layihə işləri məktəbin foyesindəki “Ekoloji guşə”-də ay bounca sərgilənəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi