20 yanvar faciəsinə həsr olunmuş dərslər
“20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”-na əsasən yanvarın 17-si ilk dərslər 20 Yanvar faciəsinə həsr olunub.
Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsləri tədris edən müəllimlər şagirdlərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıb. Bildiriblər ki, 20 Yanvar şəhidlərinin, eləcədə, Birinci Qarabağ savaşı şəhidlərinin qanının yerdə qalmaması üçün Azərbaycan Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordu qurmağı bacardı. Ən müasir texniki təchizat və peşəkar kadr komplektləşdirməsi apararaq işğal altındakı torpaqlara azadlıq gətirəcək güclü bir ordu qurdu. 2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan elə bir tarixi qələbəyə imza atdı ki, bu həm də 20 Yanvar şəhidlərinin ideallarının reallaşması oldu.
Allah şəhidlərimizə rəhmət etsin!