20 Yanvar faciəsi-35 il

Yanvarın 17-si 1ğ, 1ç, 2g, 3c və 6ğ siniflərində sinif təşkilat saatları 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunub.

Müəllimlər 20 Yanvar hadisələrinin tarixi, başvermə səbəbləri və nəticəsi barədə çıxış edib. Qeyd ediblər ki, 20 Yanvar – istiqlaliyyətə gedən yol, milli qürur və müqavimət günü kimi Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunub. 20 Yanvar 1990-cı il tarixi xalqımızın mübarizə əzminin və möhkəm iradəsinin simvoludur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilməsi və ərazi bütövlüyümüz bərpa olunması bu əzmin və iradənin nəticəsidir.

Sonra isə şagirdlərin hazırladıqları təqdimtlar dinlənib, müxtəlif şeirlər səslənib, videoçarxa tamaşa olunub.

20 Yanvar şəhidləri xalqımızın qəlbində hər daim əbədi yaşayır və yaşayacaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi