Qanla yazılmış tarix
Yanvarın 17-si məktəbdə “20 yanvar” faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Qanla yazılmış tarix” adlı tədbir keçirilıib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və “20 yanvar” o cümlədən Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Lalə Məmmədova 20 Yanvar hadisələrinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, doğma vətənimizin azadlığı, şərəf və layəqətini hər şeydən uca tutaraq canından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin qəlbimizdə daim yaşadığını bildirib. Qeyd edib ki, artıq 20 Yanvar ölkəmizdə bədbin ovqatda qeyd olunmur, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan qurtarılması, Azərbaycanın adının tarixə qalib dövlət kimi yazılmasından sonra bütün şəhidlərimizin ruhları şaddır.
Sonra şagirdlərin hazırladığı videoçarx göstərilib, şeirlər səsləndirilib, səhnəcik nümayiş olunub.
Sonda şagirdlər şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər” mahnısını ifa edib.