“Yaradıcı müəllim: yaradıcı tətbiqetmə”
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda keçirilən təqdimat müsabiqəsinin nəticələri elan olunub.
Əsas məqsədi qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarət olan müsabiqədə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Qasımova, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Könül Aslanova, Şölə Şükürova iştirakına görə sertifikata layiq görülüb. .
Müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!