20 Yanvar-Azadlıq dastanı

Yanvarın 17-si məktəbin hərbi rəhbəri Samir Daşdəmirov 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar-Azadlıq dastanı” adlı xüsusi dərs keçirib.

Dərsdə məktəbin direktoru Tünzalə Zeynalova və fənn müəllimləri iştirak edib.

Dərs 20 yanvar şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Samir müəllim şagirdlərə bildirdi ki, 1990-cı il yanvarın 19-undan 20-nə keçən gecə Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan yanvar gecəsindən bizi tam 35 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü.

Daha sonra şagirdlər videoçarxa tamaşa edib və hazırladıqları referatları təqdim ediblər.

Geniş diskussiya əsasında keçirilən dərsdə şagirdlər 20 yanvar faciəsi, onun səbəbləri və nəticələri haqqında ətraflı məlumat əldə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi