Ekoloji layihə işi

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncama əsasən məktəbin biologiya müəllimi Elgün Nəsirov 8a sinifində “Yaşadığımız ərazinin ekoloji vəziyyəti” və “Dünyanın ekoloji problemləri” mövzusunda dərs keçib.

İlk olaraq müəllim şagirdlərə bildirib ki, biz ekologiyanın bir hissəsiyik və buna görə də yaşadığımız mühiti qorumalıyıq: “Sadəcə avtomobil, zavod, tüstüləri yox, atdığımız xırda bir zibil də ekologiyanı çirkləndirir. Ətraf mühit bizim evimizdir və evimizi təmiz saxlamalı, iməciliklər keçirməliyik. Hər birimiz ekologiyanın qorunmasını öz sağlamlığımızın qorunması kimi qəbul etməli və təbiətə bu cür yanaşmalıyıq”.

Dərs zamanı şagirdlər 4 qrupa bölünüb. Hər qrup öz yaşadığı ətraf mühiti və dünyadakı ekoloji vəziyyəti araşdıraraq ekoloji mühitin təmiz saxlanılması üçün öz təkliflərini təqdim edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi