Bitkilərə qulluq
Oktyabrın 18-i “Məktəbdə ekologiya ayı” layihəsi çərçivəsində 4b sinfinin sinif rəhbəri Sevinc Məmmədova “Bitkilərə qulluq” mövzusunda praktiki dərs keçib.
Müəllim dərsə başlarkən şagirdlərə bitkilərin əhəmiyyətindən danışıb. Bildirib ki, ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Sinif otağının havasının təmiz qalmasına isə bizə bitkilər kömək edir. Daha sonra müəllim şagirdlərə bitkilərin əkilməsi və onlara düzgün qulluq etmənin yollarını izah edib.
Müəllimi diqqətlə dinləyən şagirdlər qruplara ayrılıb, dibçəklərdə müxtəlif çiçəklər əkib, həm sinif otağının havasını, həm də görünüşünü dəyişməyə nail olub.