Təmiz məktəb

“Məktəbdə ekologiya ayı” layihəsi çərçivəsində 4c sinfinin sinif rəhbəri Flora Mehdiyeva “Təmiz məktəb” adlı layihəni təqdim edib.

İlk olaraq müəllimə şagirdlərə bərk məişət tullantılarının növləri, onların ətraf mühitə vurduğu ziyan, bu tullantıların zərərsizləşdirilməsi üsulları, tullantıların təkrar istifadəsi və bu sahədə Azərbaycanda, o cümlədən paytaxtımızda görülən işlər barədə məlumat verib.

Daha sonra şagirdlər plastik tullantılardan əl işləri hazırlayaraq sinif otağında “Yaşıl dünya guşəsi” yaradıb. Sinif otağındakı bitkilərə qulluq etməyin qaydaları nümayiş olunub.

Sonda “Təmiz məktəb- təmiz sinifdən başlayır” deyən şagirdlər sinif otağını yığışdırmağı da unutmayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi