Füzuli Şəhəri Günü
Oktyabrın 17-si məktəbin tarix müəllimi Nəzakət Yusubova, Rus dili və Ədəbiyyatı müəllimi Nisə Qurbanlı 5g sinif şagirdləri ilə “Füzuli Şəhəri Günü”-nə həsr olunmuş tədbir təşkil edib.
Tədbirdə məktəbin direktoru Tünzalə Zeynalova və direktor müavinləri iştirak edib.
Tədbir Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk olaraq çıxış edən müəllimlər Füzuli şəhərinin işğal olunma tarixindən və 44 günlük Vətən müharibəsində şəhərin azadlığı uğrunda gedən döyüşlərdən danışıb. Daha sonra bildirilib ki, Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Daha sonra şagirdlərin hazırladığı təqdimatlar dinlənilib, videoçarx, divar qəzetləri və rəsmlər nümayiş olunub, şeirlər səsləndirilib.
Sonda 5g sinif şagirdi Cahid Babazadənin ifasında “Azərbaycan” mahnısı dinlənilib.