“Yaşıl dünya naminə həmrəylik”
BŞTİ-nin 07.10.2024-cü il tarixli №3-29-59/2-41.07/2024-cü il tarixli qərarına əsasən oktyabr ayı “Məktəbdə ekologiya ayı” layihəsi keçirilir.
Oktyabrın 16-sı coğrafiya müəllimi Vəfa Süleymanova layihə çərçivəsində “Yaşıl dünya naminə həmrəylik” mövzusunda maarifləndirici dərs keçib.
Dərs zamanı müəllimə bildirib ki, elmi-texniki tərəqqi sayəsində insan cəmiyyəti təbiətə təsirin daha güclü vasitələrinə yiyələnmişdir. Bu nailiyyətlər insana mikro və makro aləmə nüfuz etməyə, biosferdə baş verən təbii proseslərə təsir göstərməyə, Yerətrafı kosmik fəzaya müdaxilə etməyə və s. imkan verir. Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda pozitiv xarakter daşısada, təbii proseslərə müdaxilə edən insan bir sıra hallarda təbiət qanunauyğunluqlarını pozur və özü üçün arzuolunmaz fəsadlara səbəb olur. Sivilizasiyanın mövcudluğunun əsaslarını təhlükə altına alan təzadlardan ən başlıcası ətraf mühitin çirklənməsi və təbii ehtiyatların tükənməsidir. Ona görə də, insan cəmiyyəti qarşısında ekoloji böhranın aradan qaldırılması, təbiətin qorunması və təbii sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi durur.
Daha sonra şagirdlər hazırladıqları layihələri təqdim edib.
Sonda şagirdlər ekoloji tarazlığın bərpası üçün müxtəlif fikirlər səsləndirdilər.