Şagirdlərarası münasibətlərin düzgün qurulması
Məlumdur ki, yeniyetməlik dövrü təlatümlü dövrdür, hansi ki, bu zaman yeniyetmələrdə davranışın gözlənilməz istiqamətlərdə dəyişməsi, aqressivliyin artması, dərs müvəffəqiyyətinin düşməsi, zərərli vərdişlərə meylin artması və s. hallar müşahidə olunur. Bəzi şagirdlərdə müəllim və sinif yoldaşları ilə qarşılıqlı münasibətlərində də çətinlik olur. Onlar müəllimlər, sinif yoldaşları və valideynləri ilə düzgün şəkildə ünsiyyət yarada bilmirlər, hər bir məsələdə öz fikirlərini haqlı sayır, başqalarının fikirlərini düzgün qiymətləndirməyi bacarmırlar. Bu cür halların erkən vaxtda hiss edilməsi, anlayışla öhtəsindən gəlinməsi üçün yeniyetmə ilə birgə çıxış yolunun tapılması bir çox hallarda geri dönüşlü bir proses olmaqdadır.
Elə bu səbəbdən də oktyabrın 8-i məktəbin psixoloqu Bənövşə Cabbarova VIII siniflərlə psixoloji söhbətlər aparıb, söhbət əsasında məlum olan problemlərin həlli yönündə işlər aparmağa başlayıb.