Kitab sərgisi
Oktyabrın 4-ü məktəbin təşkilatçı müavini Lalə Məmmədova, 8a sinif şagirdləri və sinif rəhbəri Zəhra Nuriyeva Elm və Təhsil Nazirliyi tərəfindən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib.
Şagirdlər yerli və xarici yazıçıların kitabları ilə tanış olub və sərgidən xoş təəssüratlarla ayrılıblar.