V siniflərdə adaptasiya
İbtidai təhsil pilləsindən ümümorta təhsil pilləsinə keçid edən V sinif şagirdlərinin yeni təhsil pilləsinə adaptasiyasına kömək etmək məqsədi ilə məktəbin psixoloqu Bənövşə Cabbarova və Raidə İmanova V siniflərlə onların məktəbdəki həyat tərzinin, özü haqqında təsəvvürlərin dəyişməsi, yeni fənlərlə və fənn müəllimləri ilə tanışlıq, yeni təlim bacarıqlarının və vərdişlərinin formalaşması haqqında söhbət aparıb, sorğu keçirərək hansı şagirddə daha çox həyəcan və narahatlıq hissinin olduğunu aydınlaşdıraraq onlara psixoloji dəstək göstərib, lazımi tövsiyələri verib.
Məktəb psixoloqları kiçik yeniyetməlik mərhələsində fənn müəllimləri və sinif rəhbərləri ilə birlikdə bu problemin vaxtında aradan qaldırılması, hərtərəfli adaptasiya dövrü keçən şagirdlərimizə mütəmadi dəstək olmağa çalışacaq.