“Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmuş dərs

Oktyabrın 2-si məktəbin biologiya müəllimi Günay Mustafayevanın 7g sinfində “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmuş dərsi dinlənilib.

Dərs zamanı şagirdlərə bildirilib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.  COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi haqqında da şagirdləri maarifləndirən müəllimə daha sonra onların hazırladıqları təqdimatları dinləyib.

Sonda ekologiyaya təsir edən mənfi və müsbət amillər əvvəlcədən hazırlanmış lövhədə qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi