I siniflərdə adaptasiya
Məktəbdə birinci il təhsil uşağın həyatında çox çətin dönüş dövrüdür. Çünki, onun ictimai münasibətlər sistemində yeri, bütün həyat tərzi dəyişir, psixoemosional yükü artır.
Məktəbə adaptasiya- çoxplanlı proses olduğu üçün ilkin olaraq məktəb psixoloqları Raidə İmanova və Bənövşə Cabbarova I siniflərlə psixoterapiyanın formalarından biri olan oyun terapiyası keçirib. Bunun üçün onlar “Ləqəb taxma oyunu”, Güzgü oyunu”, ”tənbəl pişik oyunu” terapiyasından istifadə edib.
Oyunların keçirilməsində məqsəd şagirdlərə öz hərəkətlərini tənzimləməyə kömək etmək, gərginliyi azaltmaq, dərhal inciməməyi öyrətməkdən ibarət olub.
Zərurət yarandığı halda şagirdlərlə fərdi söhbət aparılıb.