“Anım Günü”
Hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin başlamasından dörd il ötür.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si “Anım Günü”-nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şagirdlərin çıxışları, hazırladığı səhnəciklər, ifa etdiyi musiqi nömrələri dinlənilib, “44 Günlük Müharibəni” əks etdirən videoçarxlar nümayiş olunub.
Sonda çıxış edən məktəbin tarix müəllimi Şair Quliyev bidirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan ərazisində separatizmin kökü kəsilib. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarılıb, respublikamızın suverenliyi tam təmin edilib, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olunub.