27 sentyabr-“Anım Günü”
Sentyabrın 27-si ilk dərslər “Anım Günü”-nə həsr olunub.
Müəllimlər şagirdlərə Vətən müharibəsi haqqında ətraflı məlumat verib. Bildiriblər ki, hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrilib.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda böyük abadlıq və quruculuq işləri başlanıb. İşğaldan azad edilən torpaqlarımız yenidən bərpa olunur. Dövlət başçısının sərəncamlarına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.
Daha sonra müharibə və onun gedişatı haqqında diskussiya aparılıb.
İbtidai sinif şagirdləri “Anım Günü”-nə həsr olunmuş şəkillər çəkib, şeirlər səsləndiriblər.