Milli musiqi günü

Sentyabrın 18-i məktəbin musiqi müəllimi Zəhra Nuriyeva bu günün dərslərini “Milli Musiqi Günü”-nə həsr edib.

Şagirdlərə Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verən müəllimə bu günün Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən bəstəkarın doğum günü ilə əlaqədar olaraq “Milli musiqi günü” kimi qeyd edildiyini bildirib.

Şagirdlər musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib. Sonda isə bəstəkarın əsərlərindən kiçik parçalar ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi