Yaşıl dünya naminə həmrəylik
Sentyabrın 16-sı II-XI siniflərdə ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilib.
Dərsləri BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, məktəbin direktoru Tünzalə Zeynalova və direktor müavinləri dinləyib.
Müəllimlər 2024-cü ilin Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında şagirdlərə məlumat verərək bu il ölkəmizin "COP29-a ev sahibliyi edəcəyini bildirib.
V siniflərdə şagirdlər müəllimlərin köməyi ilə “Ekoloji iz (karbon izi)” onlayn kalkulyatorundan istifadə edərək şəxsi ekoloji izlərini hesablayıblar.
Sonda ekoloji tarazlığın qorunması müzakirə olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.