Bilik günü

Sentyabrın 16-sı “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ETN-nin müavini İdris İsayev, YRİH-nin başçısı Elşad Həsənov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, YRİH-nin başçısının müavini Təravət Muradova, 44 günlük Vətən müharibəsinin şəhidi Polkovnik-leytenant Əfqan Abdurahmanovun həyat yoldaşı, eyni zamanda məktəbin 2024-cü il məzunu Əlibəy Abdurahmanovun anası Rəqinə xanım iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra isə Ümummilli lider Heydər Əliyevin və Vətənin azadlığı,  ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükut ilə yad edilib.

Çıxış edən Nazir müavini İdris İsayev, YRİH-nin başçısı Elşad Həsənov və məktəbin direktoru Tünzalə Zeynalova ötən tədris ilinin nailiyyətlərindən, təhsilə göstərilən dövlət qayğısından, ölkəmizdə, xüsusi ilə Qarabağda aparılan abadlıq, quruculuq işlərindən, 2024-2025-ci tədris ilinin prioritet istiqamətlərindən, cari tədris ilinin ilk dərslərinin II-XI siniflərdə “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilməsindən və s. danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik ediblər. 

Sonda birincilərin çıxışları dinlənilib. Məktəbin qabaqcıl məzunu 654 bal toplayan ADA universitetinin tələbəsi (Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində)) Törə Tahirova və Bakı elm olimpiadasının qalibi XI sinif şagirdi Zeynəb Ağaməmmədova birinciləri təbrik edib.

Bütün təhsil ictimaiyyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi