1 №-li Pedaqoji şura iclası

Sentyabrın 13-ü 2024-2025-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirilib.

İclasda məktəbin direktoru Tünzalə Zeynalova pedaqoji heyəti salamlayıb, ardınca Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin 3-29 59/3-2-451F/2024 nömrəli “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili” barədə əmri və fəaliyyət istiqamətini kollektivin nəzərinə çatdırıb.

Təlim tərbiyə işləri üzrə direktor müaviniləri 2023-2024– cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, Fənlər üzrə MB rəhbərlərinin təsdiqi, Yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri, X siniflərinin komplektləşdirilməsi və təmayül siniflər haqqında ətraflı məlumat verib.

Daha sonra Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olunub. İlk dəfə daimi işə qəbul olunan müəllimlərin təntənəli şəraitdə Andiçmə mərasimi keçirilib.

Yeni təyinat almış müəllimləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi