I siniflərdə valideyn iclası

Sentyabrın 9-u 2024-2025-ci tədris ilinin I sinif valideynləri ilə iclas təşkil olunub.

Çıxış edən məktəb rəhbərliyi valideynləri tədris ilinin başlanması münasibəti ilə təbrik edib, I sinif şagirdlərinin məktəbə adaptasiyası, valideyn məsuliyyətinin artırılması, məktəbdə şagirdlərin təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili və məktəbin nizam intizam qaydaları haqqında danışıb.

Daha sonra şagirdlərə dərsliklər paylanılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb.

Bu il ilk dəfə məktəbə qədəm qoyan bütün birinciləri təbrik edir və təhsil həyatında uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi