V sinif valideynləri ilə görüş

Sentyabrın 3-ü 2024-2025-ci tədris ilində V sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

İlk olaraq məktəbin direktoru Tünzalə Zeynalova V siniflərin sinif rəhbərləri ilə valideynləri tanış edib, daha sonra 2024-2025-ci tədris ilində məktəbin qarşısında duran fəaliyyət istiqamətləri, şagird təhlükəsizliyi və valideyn-məktəb əməkdaşlığı haqqında danışıb.

Məktəbin psixoloqu Raidə İmanova ibtidai təhsil pilləsini bitirib ümumi orta təhsil pilləsinə keçən şagirdlərin adaptasiyası prosesindən, Təşkilatçı müavin Lalə Məmmədova isə “Şagird davranış qaydaları”, məktəbli formalarının tətbiq olunması haqqında məlumat verib.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi