Həmkara dəstək

Məktəbin Rus dili və ədəbiyyatı müəllimi, eyni zamanda kurrikulum üzrə təlimçi metodist kimi fəaliyyət göstərən Aysel İsmayılova müəllimlərə dəstək məqsədilə keçirdiyi təlimin 3 cü günü “İcmalın yazılması” haqqında danışıb.

Müəllim gündəlik planı hazırlayarkən diqqət etməsi vacib olan məqamlara toxunub. Effektiv dərsin xüsusiyyətləri, altsandartın funksiyaları, dərsin təlim nəticəsi, effektiv rəyin verilməsi, Blumun idrak taksonomiyası, Planlaşma üçün təlimat kimi vacib məsələlərə haqda geniş müzakirələr aparılıb.

Təlimdə məktəbin direktoru Tünzalə Zeynalova, Təlim Tərbiyə İşləri üzrə direktor müavini Lalə Qasımova da iştirak edib.

Həmkarlarımıza 2024-2025 ci tədris ilində şərəfli peşələrində uğurlar arzu edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi