Son zəng-təhlükəsizlik

Hər il olduğu kimi, bu il də “Son zəng” tədbiri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə məktəbdə təşkil ediləcək. Tədbir zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə iyunun 11-i məktəb rəhbərliyi tərəfindən təyin olunan növbətçi müəllimlərlə görüş keçirilib.

Görüşdə məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03.06.2024-cü il tarixli, 3-29-69/3-2-12F/2024 nömrəli əmri ilə müəllimləri tanış edib.  "Son zəng" günü məktəbdə təhlükəsizlik tədbirləri tam təmin olunmasının vacibliyindən danışıb.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb və onlara xüsusi öhdəliklər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi