"İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğuna ekskursiya
İyunun 10-da Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə məktəbin 5a, 5c, 5e və 8q sinif şagirdləri "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğuna ekskursiya edib.
Ekskursiya zamanı şagirdlər Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrində olublar.
Ekskursiya Qız Qalasından başlayıb. Burada şagirdlərə Qız Qalasının tarixi, abidənin memarlıq xüsusiyyətləri, onun qorunması üçün görülən işlər, müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə aparılmış bərpa işləri barədə məlumat verilib.
Daha sonra şagirdlərə Şirvanşahlar Sarayı haqqında məlumat verilib. Bildirilib ki, оrtа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı - "Şirvаnşаhlаr Sаrаy Ansаmblı" bu günə qədər öz tarixi memarlıq üslubunu sахlаmаqdаdır. Ekskursiya iştirakçıları abidəyə aid olan Saray Binası, Divanxana, Dərviş Türbəsi, Kеyqubаd məscidi, Şərq dаrvаzаsı pоrtаlı, Şirvаnşаhlаr türbəsi, Sаrаy məscidi, Sаrаy hаmаmı, Оvdаn abidələri barədə məlumatlandırılıblar.
Sonda şagirdlər Qoşa Qala qapısının yaxınlığında yerləşən qala divarının önündə burada yaşamış əhalinin bir zamanlar məşğul olduqları daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri ilə də yaxından tanış edilib.
Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılıb.