İmtahan həyəcanı

IX sinif şagirdlərində imtahanqabağı stressin azaldılmasına kömək etmək məqsədilə məktəbin psixoloqları Bənövşə Cabbarova və Raidə İmanova aprelin 4-də imtahan həyəcanının aradan qaldırılması haqqında söhbət aparıb.

Çıxış edən psixoloqlar bildiriblər ki, imtahan şəxsin biliklərini yüzdə yüz ölçən bir sistem olmasa da imtahan düşüncəsi “İmtahanda nə qədər bal toplayacam? Uğurlu ola biləcəmmi?” qayğısı, gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri şagirdlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur və bunun nəticəsində şagird imtahanda bildiklərini layiqincə ifadə edə bilmir və çox təəssüfki öz potensialından aşağı bal toplayır. Şagirdlərin imtahan zamanı stressə düşməsinə təsir edən amillərdən danışan psixoloqlar ailə və sosial mühit faktorunun da şagirdlərə təsirinin böyük olduğunu bildirib.

Daha sonra şagirdlərə imtahan zamanı həyəcanı azaltmaq üçün nə etmələri haqqında məlumat verilib, nefes texnikaları öyrədilib.

Sonda şagirdlər stressin azaldılması məqsədilə meditasiya olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi