Aprel döyüşləri

Aprelin 3-ü məktəbdə təcrübə keçən Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin tələbələrinin təşkilatçılığı ilə “Aprel döyüşləri”-nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Jalə Mehraliyeva, Təhsil- 2 fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı -2 kafedrasının baş müəllimi Təranə Zeynalova iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükut ilə yad edilməsi ilə başlayıb.

İlk olaraq aparıcı Fatimə Zalova Aprel döyüşləri haqqında geniş məruzə ilə çıxış edib, Aprel Döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi, sürətli əks-hücum əməliyyatı ilə düşmənin ağır məğlubiyyətə uğradılması və nəticə olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətindəki  mövqelərin düşməndən azad olunduğunu bildirib

Daha sonra videoçarx nümayiş olunub, şagirdlər müxtəlif şeirlər səsləndirib, musiqilər ifa edib, səhnəciklər nümayiş etdiriblər.

Çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova Aprel döyüşlərini böyük zəfərin başlanğıcı olduğunu qeyd edərək, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışıb və tədbirin təşkilinə görə təcrübəçi tələbələrə dərin təşəkkürünü bildirib

Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi